Rüşvət alan hakimlər futboldan kənarlaşdırılıb

Xəbərlər
8 Yanvar 2024 11:57
184
Rüşvət alan hakimlər futboldan kənarlaşdırılıb

Özbəkistanda danışılmış oyunların iştirakçıları cəzalandırılıb.

İdman.biz xəbər verir ki, bunu Özbəkistan Futbol Assosiasiyasının mətbuat xidməti açıqlayıb.

“Kokand-1912” klubunun idman direktoru Şuhrat Muminov və üç hakim ömürlük futboldan uzaqlaşdırılıb.

Buna klub rəsmisinin ötən mövsümün gedişində referilər Husan Muzaffarov, Obid Jumayev və Jasur Rustamova rüşvət verməsi səbəb olub. O, komandasının müsbət nəticələri üçün çempionat oyunları zamanı hakimlərə rüşvət verib.

Qeyd edək ki, cəzalanan şəxslər ömürlük futboldan kənarlaşdırılmaqla yanaşı pul cəriməsinə də məruz qalıblar.

İdman.biz

Məqalədə: