Morata: “Mourinyonu izləməkdən həzz alıram – o, tamaşaya rəng qatır”

8 Sentyabr 2026 21:28
95
Morata: “Mourinyonu izləməkdən həzz alıram – o, tamaşaya rəng qatır”

“Leganes”in futbolçusu Alvaro Morata Joze Mourinyonun “Real Madrid”ə qayıtdıqdan sonra ilk məğlubiyyətinin ardından verdiyi reaksiyadan danışıb.

İdman.Biz xəbər verir ki, “Real Madrid” və “Atletiko Madrid”in sabiq futbolçusu portuqaliyalı mütəxəssisin xarakterini və mətbuat konfranslarındakı dramatik açıqlamalarını izləməkdən zövq aldığını etiraf edib.

“Məndən həqiqəti deməyimi istəyirsiniz? Onun belə bir söz deyəcəyini səbirsizliklə gözləyirdim, çünki bu, məni əyləndirir. Bir azarkeş kimi nəzərdə tuturam” - deyə Morata deyib.

İspaniyalı forvard Mourinyonun İspaniya futboluna qayıdışını yaxından izlədiyini və bunu davam etdirəyini bildirib:

“Ümid edirəm ki, “Atletiko” çempion olar. Amma “El - Klassiko” olarsa, sırf onu görmək üçün mən də izləyəcəyəm. O, tamaşaya rəng qatır”.

Qeyd edək ki, Mourinyo daha əvvəl “Real Madrid”ə rəhbərlik edib və 2011/12 mövsümündə komanda ilə La Liqa çempionu olub.

İdman.Biz