İtaliyanın “Latsio” klubu 27 yaşlı futbolçu Diogu Leyteni heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı müdafiəçi kluba azad agent kimi keçib. Tərəflər müqaviləni daha iki il uzatmaq şərti ilə iki illik sözləşmə imzalayıblar.
Leytenin son klubu ötən mövsümün sonunda ayrıldığı “Union” olub.
Portuqaliyalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 25 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. O, ümumilikdə “Union”un heyətində 136 matç keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt”ın məlumatına görə, Leytenin bazar dəyəri 12 milyon avrodur (24 milyon manat).
