“Arsenal”ın baş məşqçisi Mikel Artetanın Çempionlar Liqasının ümumi mərhələsinin birinci turunda “Napoli” ilə keçiriləcək oyundan əvvəl mətbuat konfransı ləğv olunub.
İdman.Biz “Football.London”a istinadən xəbər verir ki, buna London klubunun Neapola uçuşunun gecikməsi səbəb olub. Böyük Britaniyada hava hərəkətinin idarə olunmasında yaranan problemlər səbəbindən “Arsenal”ın səfər reysində gecikmə baş verib.
Komandanın Neapola yerli vaxtla saat 21:30-dan tez çatmayacağı gözlənilir.
“Napoli” – “Arsenal” qarşılaşması sentyabrın 9-da Neapolda keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.
UEFA adətən media qarşısında öhdəliklərini yerinə yetirməyən klublara qarşı sanksiya tətbiq edir. Lakin “Arsenal”la bağlı yaranmış vəziyyətlə bağlı yüngülləşdirici hallar nəzərə alınaraq cərimələnməyəcəyi bildilib.
