Kasado “Real”la oyun barədə: “Əsas məsələ qələbədir”

7 May 2026 23:14
144
Kasado “Real”la oyun barədə: “Əsas məsələ qələbədir”

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado İspaniya çempionatının 35-ci turunun mayın 10-da keçiriləcək “Real Madrid”lə oyunu ilə bağlı gözləntilərini bölüşüb.

İdman.Biz bildirir ki, qələbə və ya heç-heçə halında, “blauqrana” La Liqa çempionu olacaq.

“Məşqçinin dediyi kimi, əsas məsələ qələbədir. Harada, nə vaxt və ya necə olmasının fərqi yoxdur. Amma həm komanda, həm də azarkeşlər üçün evdə, azarkeşlərimizlə birlikdə “Real Madrid” üzərində qələbənin xüsusi bir şey olacağı aydındır. Bu, möhtəşəm olardı”, - Kasado deyib.

La Liqanın 34 oyunundan sonra “Barselona” 88 xalla turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 77 xalla ikinci yerdədir.

İdman.Biz