“Real” Valverde - Tçuameni davası ilə bağlı açıqlama yayıb

7 May 2026 23:30
145
“Real” Valverde - Tçuameni davası ilə bağlı açıqlama yayıb

"Real Madrid" rəsmi saytında yarımmüdafiəçilər Federiko Valverde və Aurelien Çouameni arasında bu səhər baş verən dava ilə bağlı açıqlama yayıb.

İdman.Biz bildirir ki, Valverde ilə Tçuameni arasında mayın 6-dakı məşq zamanı söz mübahisəsi başlayıb. Bu gün mübahisə davam edib və soyunma otağında davaya çevrilib.

“Real Madrid” Futbol Klubu elan edir ki, bu səhər əsas komandanın məşqi zamanı baş verən hadisələrdən sonra oyunçularımız Federiko Valverde və Orelyen Tçuameniyə qarşı intizam tədbirləri başlatmaq qərarına gəlib.

Klub müvafiq daxili prosedurların tamamlanmasından sonra hər iki işin nəticəsini vaxtında açıqlayacaq”, - “Real Madrid”in bəyanatında bildirilir.

İdman.Biz