Kolumbiyalı müğənni və rəqqasə Şakira yayda ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı üçün “Dai Dai” adlı mahnısını təqdim edib.
İdman.Biz xəbər verir ki, mahnı Nigeriyalı musiqiçi Burna Boy ilə birlikdə yazıb. Çəkilişlər Braziliyanın Rio-de-Janeyro şəhərindəki əfsanəvi “Marakana” stadionunda baş tutub.
Şakira daha əvvəl Cənubi Afrika və Braziliyada keçirilən 2010 və 2014-cü il dünya çempionatları üçün mahnılar yazdırmışdı. Onun “Waka Waka” və “La La La” bəstələri turnirin rəsmi himnləri kimi qəbul olunmuşdu.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində keçiriləcək və burada 48 komanda yarışacaq.
