“Real Madrid”in yarımmüdafiəçisi və kapitanı Federiko Valverde komanda yoldaşı Orelyen Tçuameni tərəfindən yumruqlandıqdan sonra yaddaşını itirib.
İdman.Biz-in “El Chiringuito”ya istinadən məlumatına görə, uruqvaylı futbolçu yıxılıb başı masaya dəyəndən sonra yaddaş itkisi yaşayıb.
Hadisə “Los Blancos”un soyunma otağında baş verib.
Mənbənin məlumatına görə, Valverde yaddaşını tamamilə itirməyib, lakin bəzi hissələrini unudub. Nəticədə o, kompüter tomoqrafiyasından keçib.
Əvvəlki media xəbərlərində Valverde ilə Tçuameni arasında dünənki məşq zamanı söz mübahisəsinin başladığı bildirilirdi. Bu gün, 7 mayda, mübahisə davam edib və soyunma otağında davaya çevrilib.
