Tramp dünya çempionatının oyunlarına biletlərin qiymətindən narazıdır

7 May 2026 21:46
134
Tramp dünya çempionatının oyunlarına biletlərin qiymətindən narazıdır

ABŞ prezidenti Donald Tramp 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatı oyunları üçün biletlərin qiymətini qiymətləndirib.

İdman.Biz bildirir ki, FİFA daha əvvəl ABŞ-da yüksək qiymətlərə görə tənqid olunub. Məsələn, ABŞ-Paraqvay matçı üçün ilkin minimum bilet qiyməti 1120 dollardır.

“Mən bu rəqəmi bilmirdim. Əlbəttə ki, orada olmaq istərdim, amma düzünü desəm, bu qədər pul da ödəməzdim.

Qiymətləri görməmişəm, amma yoxlamalıyam. Əgər Kvins və Bruklindən olan insanlar və Donald Trampı sevən hər kəs gedə bilməsə, məyus olacağam, amma bilirsiniz, eyni zamanda bu, inanılmaz bir uğurdur. İstərdim ki, mənə səs verən insanların da gedə bilsinlər. Bilirəm ki, [bilet satışları] inanılmaz dərəcədə yaxşı gedir. Hər cür rekordlar qoyulub. Əvvəllər belə bir şey olmayıb”, - deyə “The New York Times” qəzeti Trampın sözlərini sitat gətirir.

İdman.Biz