Rəsmi Çempionlar Liqası hesabında bu həftənin yarışının ən yaxşı oyunçularından ibarət simvolik komanda dərc edilib.
İdman.Biz bildirir ki, komandanın qapıçısı “Arsenal”dan David Rayadır.
Müdafiəçilər: Vilyan Paço (PSJ), Uilyam Saliba (Arsenal), Mark Pubill (Atletiko Madrid).
Yarımmüdafiəçilər: Coşua Kimmix (Bavariya), Deklan Rays (Arsenal), Dezire Due (PSJ), Xviça Kvaratsxeliya (PSJ).
Hücumçular: Luis Dias (Bavariya), Usman Dembele (PSJ), Bukayo Saka (Arsenal).
Builki yarışın finalı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək. Yarışın həlledici oyunu 30 may 2026-cı ildə keçiriləcək.
