Jiru məhsuldarlıq seriyasını 14 mövsümə çatdırıb

Xəbərlər
7 Yanvar 2024 18:00
204
Jiru məhsuldarlıq seriyasını 14 mövsümə çatdırıb

Olivye Jiru mövsümdə 10-cu qolunu vurub.

İdman.biz xəbər verir ki, “Milan”ın hücumçusu İtaliya A seriyasının XIX turunun “Empoli” ilə bugünkü matçında fərqlənib.

Bir qol vuran fransalı forvard 3:0 hesablı qələbədə pay sahibi olub. 37 yaşlı veteran ardıcıl 14-cü mövsümdə 10 və ya daha çox qol vurub. Jiru “Böyük beşlik” liqalarında debüt etdiyi 2010/11 mövsümündən indiyədək heç vaxt 10-dan az qola imza atmayıb.

Qeyd edək ki, Olivye cari mövsümdə “Milan”ın ən yaxşı bombardiridir.

İdman.biz

Məqalədə: