Flik hələlik Bastoninin “Barselona”ya transferinə razılıq verməyib

6 May 2026 18:38
136
Flik hələlik Bastoninin “Barselona”ya transferinə razılıq verməyib

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hələ ki, müdafiəçi Alessandro Bastoninin İtaliyanın “İnter” klubundan transferinə razılıq verməyib.

İdman.Biz bildirir ki, bu barədə jurnalist Matteo Moretto sosial media platforması X-də məlumat verib.

“Məşqçi Hans Flikin son təsdiqi gözlənilir. Deko üçün bu, müdafiəni gücləndirmək üçün prioritet olacaq. Flik hazırda müdafiəçinin bəzi texniki keyfiyyətlərini qiymətləndirir”, - Moretto yazıb.

Daha əvvəl 27 yaşlı Alessandro Bastoninin “İnter”dən “Barselona”ya transfer haqqının 50-60 milyon avro arasında ola biləcəyi bildirilirdi. Transfermarkt müdafiəçinin dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

İdman.Biz