Əziz Yıldırım “Fənərbağça”nın prezidenti vəzifəsinə namizədliyini irəli sürüb

6 May 2026 16:11
112
Əziz Yıldırım “Fənərbağça”nın prezidenti vəzifəsinə namizədliyini irəli sürüb

Əziz Yıldırım yenidən Türkiyənin “Fənərbağça” klubunun prezidenti ola bilər.

İdman.Biz “NTV Spor”a istinadən xəbər verir ki, 74 yaşlı funksioner növbədənkənar seçkilərdə klub prezidentliyinə namizədliyini açıqlayıb.

Əziz Yıldırım daha əvvəl 1998-2018-ci illərdə İstanbul nəhənginin prezidenti vəzifəsində çalışıb.

Qeyd edək ki, “Fənərbağça”nın hazırkı prezidenti Sadəttin Saran cari mövsümün sonunda vəzifəsini tərk edəcək. O, ötən ilin sentyabrında kluba rəhbərlik edir. “Fənərbağça”da prezident seçkiləri iyunun 6-7-də keçiriləcək.

İdman.Biz