Dostu toya görə Kompanidən inciyib

6 May 2026 15:41
156
Dostu toya görə Kompanidən inciyib

Belçikanın “Anderlext” futbol komandasının keçmiş üzvü və hazırda Almaniyanın “Bavariya” komandasında baş məşqçi olan Vensan Kompaninin şəxsi həyatı ilə bağlı maraqlı fakt üzə çıxıb. Belçikalı müdafiəçini gələcək həyat yoldaşı ilə tanış edən yaxın dostu onun tərəfindən unudulub.

İdman.Biz xəbər verir ki, Nigeriya əsilli müdafiəçi Nedum Onuoha “The Mixer” podkastında incikliyini bölüşüb.

2012-ci ilə qədər İngiltərənin “Mançester Siti” futbol komandasında çıxış etmiş Onuoha Kompanini xanımı Karla ilə məhz özünün tanış etdiyini bildirib. O, Karlanın Vensana çox bənzədiyini və bir-birlərinə yaraşacaqlarını bildiyi üçün bu addımı atdığını qeyd edib.

Lakin Onuohanın sözlərinə görə, cütlüyün münasibətləri rəsmiləşəndə və toy mərasimi keçiriləndə o, dəvətlilər siyahısında olmayıb. Keçmiş futbolçu həm dostunu itirdiyini, həm də Kompaninin onun “Mançester Siti”dəki formasını və mövqeyini aldığını bildirərək, bu vəziyyətdən duyduğu kədəri ifadə edib.

İdman.Biz