İngiltərənin “Liverpul” futbol komandasının və Braziliya millisinin əsas qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirməyə yaxındır. Təcrübəli qolkiper Turin təmsilçisi “Yuventus”un təklifini qəbul edib.
İdman.Biz xəbər verir ki, braziliyalı futbolçunun “qoca senyora” ilə razılaşdırdığı şəxsi müqaviləyə əsasən, onun illik maaşı beş milyon avro (10 milyon AZN) təşkil edəcək. Hazırda Turin klubu ilə mersisaydlılar arasında transfer məbləği ilə bağlı son danışıqlar aparılır. Əgər tərəflər keçid qiymətində ortaq məxrəcə gəlsələr, Alisson yaxın günlərdə tibbi müayinədən keçmək üçün İtaliyaya yollanacaq.
Xatırladaq ki, Alisson Bekker daha əvvəl İtaliyada “Roma”nın şərəfini qoruyub və A Seriyası mühitinə yaxından bələddir. Onun “Liverpul” ilə müqaviləsi davam etsə də, klubun yenilənmə siyasəti çərçivəsində bu gedişə yaşıl işıq yandırılacağı gözlənilir.
