“Çelsi” futbolçusunu üç həftəlik itirib

Xəbərlər
7 Yanvar 2024 14:59
165
“Çelsi” futbolçusunu üç həftəlik itirib

“Çelsi”nin zədələnən futbolçusu Kristoffer Nkunkunun durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, hücumçu üç həftəyədək meydanlardan kənar qalacaq.

O, “Preston”la İngiltərə kubokunun (4:0) oyunundan əvvəl zədələnib. Nkunku bu səbəbdən də qarşılaşmanı buraxıb. Bundan əvvəl dizindəki zədədən əziyyət çəkən forvard London klubunda cəmi 4 oyuna çıxıb.

Qeyd edək ki, Nkunku 2023-cü ilin yayında “Çelsi”yə keçib.

İdman.biz