Mbappe Fransa millisində şəxsi rekordunu təkrarladı

26 Sentyabr 2026 01:28
56
Mbappe Fransa millisində şəxsi rekordunu təkrarladı

Fransa millisinin hücumçusu Kilian Mbappe UEFA Millətlər Liqasının Türkiyə ilə oyununda fərqlənərək şəxsi rekordunu təkrarlayıb.

İdman.Biz xəbər verir ki, 27 yaşlı forvard 54-cü dəqiqədə vurduğu qolla Fransa yığmasına 1:0 hesablı qələbə qazandırıb.

Bu, Mbappenin 2026-cı ildə Fransa millisində 12-ci qolu olub. “Opta”nın məlumatına görə, hücumçu bir təqvim ili ərzində milli komandada vurduğu qol sayında 2022-ci ildə müəyyənləşdirdiyi şəxsi rekordunu təkrarlayıb.

Bundan əlavə, 12 qol 21-ci əsrdə Fransa millisinin futbolçuları arasında bir təqvim ilində göstərilən ən yaxşı nəticədir.

Mbappe 2026-cı ildə karyerasında ikinci dəfə dünya çempionatının bombardiri olub. O, turnirdə 10 qol vurub. Qətərdə keçirilən DÇ-2022-də isə fransalı 8 dəfə fərqlənib.

Bununla belə, Türkiyə ilə qarşılaşma Mbappe üçün vaxtından əvvəl başa çatıb. Hücumçu qolundan cəmi beş dəqiqə sonra zədə səbəbindən məcburi şəkildə əvəzlənib.

İdman.Biz