Vinisius Junior “Real”a ultimatum qoydu: “Ya mən, ya Mourinyo”

30 Aprel 2026 14:11
141
Vinisius Junior “Real”a ultimatum qoydu: “Ya mən, ya Mourinyo”

Fevral ayında UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika” və “Real Madrid” arasında keçirilmiş ilk matçda Prestianninin Vinisius Junioru “meymun” adlandıraraq təhqir etməsi ətrafında gərginlik davam edir.

İdman.Biz xəbər verir ki, “Real Madrid” “Benfika”nın baş məşqçisi Mourinyonu baş məşqçi kimi dəvət edilməsi Vinisius Junior tərəfindən etirazla qarşılanıb.

İddia olunur ki, Vinisius Junior "Real Madrid” rəhbərliyinə ultimatum verərək “Ya mən, ya Mourinyo” deyib.

Vinisius Junior bildirib ki, onunla Prestianni arasında baş verən insidentdə Mourinyo da iştirak edib.

Qeyd edək ki, Vinisiusu təhqir edən futbolçuya altı oyunluq cəza alıb.

İdman.Biz