Mesut Özil “Arsenal”dan uzaqlaşdırıldığını etiraf etdi

30 Aprel 2026 14:19
150
Mesut Özil “Arsenal”dan uzaqlaşdırıldığını etiraf etdi

Futbol üzrə Almaniya milli komandasının sabiq futbolçusu Mesut Özil Malayziya Texnologiya Universitetində çıxış edərək “Arsenal” klubundan uzaqlaşdırıldığı dövrlə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, o, öz fikirlərini ifadə etdiyinə görə klubla problemlər yaşadığını bildirib:

“Ulduz olduğum üçün səsim var idi və müəyyən məsələlərdə danışmalı olduğumu anlayırdım. Bilirdim ki, bunu paylaşsam, ‘Arsenal’la problemlər yaşayacağam. Amma mənə fərq etmədi – paylaşdım və xoşbəxt idim. Nəticədə mənim üçün qapıları bağladılar. Məni daha meydana buraxmadılar. Bu asan deyildi: futbol oynamaqdan böyük zövq alırdım, amma onu məndən sadəcə aldılar. Yanımda həyat yoldaşım və övladlarım olduğu üçün Allaha şükür edirəm”, - deyə M. Özil bildirib.

İdman.Biz
Məqalədə: