Şahin Diniyev: “Derbidə ilk qol həlledici ola bilər”

30 Aprel 2026 14:58
142
Şahin Diniyev: “Derbidə ilk qol həlledici ola bilər”

“Düşünürəm ki, bizi maraqlı bir görüş gözləyir”.

Bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasında 21-ci turdan təxirə salınmış “Neftçi” “Qarabağ” oyunundan gözləntilərini bölüşüb.

“Maraqlı qarşılaşma olacaq.”Neftçi”yə qarşı revanş oyununda “Qarabağ” əvvəlki nəticənin təsadüf olmadığını və daha güclü komanda olduğunu bir daha sübut etməyə çalışacaq. Yenə gərgin mübarizəyə şahidlik edəcəyik. “Qarabağ”ın rəqibi ilə duellərdə uğurlu seriyası var. Ən əsası, qısa zaman kəsiyində oyunu düzgün analiz edib müsbət nəticə əldə etmək üçün hər iki komanda ciddi hazırlaşacaq. Bu oyunda ilk qol bir çox məqamı həll edə bilər. Düşünürəm ki, “Neftçi” də heyət baxımından müəyyən dəyişikliklər etməlidir. Hər iki komandaya uğurlar arzulayıram”, - deyə o, sport24.az-a açıqlamasında deyib.

Qeyd edək ki, Azərbaycan derbisi saat 20:00-da başlayacaq.

İdman.Biz