İngiltərənin “Börnli” futbol komandasının baş məşqçisi postuna Mayk Cekson təyin edilib. O, müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilən Skott Parkeri əvəzləyib.
İdman.Biz xəbər verir ki, mütəxəssis mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək. Bu təyinat “Börnli”nin İngiltərə Premyerliqasından gedişi rəsmiləşdikdən sonra gerçəkləşib. Ötən həftənin çərşənbə günü növbəti məğlubiyyətdən sonra komandanın bir il əvvəl yüksəldiyi elitadan Çempionşipə düşməsi dəqiqləşib.
Qeyd edək ki, klub rəhbərliyi Mayk Ceksonun rəhbərliyi altında mövsümü tamamladıqdan sonra yeni baş məşqçi axtarışlarını davam etdirəcək.
14:32
İngiltərənin “Börnli” futbol komandasının baş məşqçisi Skott Parker vəzifəsindən kənarlaşdırılıb. Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
İdman.Biz xəbər verir ki, mütəxəssisin gedişi klubun rəsmi resursları tərəfindən təsdiqlənib. Parkerin rəhbərliyi altında komanda sabit nəticələr göstərməkdə çətinlik çəkirdi. Artıq klub rəhbərliyi boş qalan baş məşqçi postu üçün namizədləri nəzərdən keçirməyə başlayıb.
Qeyd edək ki, Skott Parker karyerası ərzində “Fulhem” və “Bornmut” kimi klubları İngiltərə Premyerliqasına yüksəltməyi bacarıb. Onun “Börnli”dəki fəaliyyəti isə nəzərdə tutulandan daha qısa çəkib.
Hazırda komanda Premyerliqada 20 xalla 19-cu yerdədir, son beş oyundan dördündə məğlub olub. Çempionatın bitməsinə üç tur qalıb və bundan sonra bütün oyunlarda qələbə çalsa belə, 17-ci pilləyə qalxması mümkün deyil. Komandanın növbəti mövsüm Çempionşipə oynaması qaçılmazdır.
