“Neftçi” Vensan Abubakarla yolları ayırmağa hazırlaşır

30 Aprel 2026 14:50
151
“Neftçi” Vensan Abubakarla yolları ayırmağa hazırlaşır

“Neftçi” futbolçusu Vensan Abubakar ilə yollarını ayırmağa hazırlaşır.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi Yuri Vernidub rəhbərliklə görüşündə bu qərarını açıqlayıb.

Ukraynalı mütəxəssis təcrübəli hücumçunun komandanın qarşıya qoyduğu böyük hədəflərə çatmaq üçün yetərli töhfə verəcəyinə inanmadığını bildirib.

Abubakarın komandaya qoşulduğu vaxtdan etibarən tez-tez zədələnməsi də baş məşqçinin narahatlığına səbəb olub. Məhz bu amil 34 yaşlı forvardla müqavilənin uzadılmaması qərarında əsas rol oynayıb.

Qeyd edək ki, kamerunlu futbolçu mövsümün gedişində “Neftçi”yə transfer olunub. Onunla imzalanan müqavilə cari mövsümün sonunda başa çatacaq. Sazişdə +1 illik uzatma bəndi yer alsa da, klub bu hüququ aktivləşdirməyi planlaşdırmır.

Afrikalı legioner “Neftçi” formasında keçirdiyi 18 oyunda 9 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz