Fernando Musleradan inanılmaz qurtarışlar - VİDEO

30 Aprel 2026 16:19
173
Fernando Musleradan inanılmaz qurtarışlar - VİDEO

Uruqvayın “Estudiantes” futbol komandasının qolkiperi Fernando Muslera Libertadores Kubokunda növbəti yaddaqalan performansını sərgiləyib. Təcrübəli qapıçı Braziliyanın “Flamenqo” klubu ilə qarşılaşmada etdiyi möhtəşəm dubl-seyvlə komandasını məğlubiyyətdən xilas edib.

İdman.Biz xəbər verir ki, Uruqvay millisinin 39 yaşlı üzvü turnirin əsas favoritlərindən biri ilə oyunda keçilməz səddə çevrilib. Məhz onun ardıcıl qurtarışları sayəsində meydan sahibləri prinsipial rəqibləri ilə heç-heçə etməyi bacarıblar.

İdman.Biz