İndoneziyada nəhəng duel: “Çelsi” və “Milan” üz-üzə gələcək

30 Aprel 2026 15:55
131
İndoneziyada nəhəng duel: “Çelsi” və “Milan” üz-üzə gələcək

İngiltərənin “Çelsi” futbol komandası mövsümöncəsi hazırlıq çərçivəsində İtaliyanın “Milan” klubu ilə qarşılaşacaq. Görüş İndoneziyanın paytaxtı Cakartada baş tutacaq.

İdman.Biz xəbər verir ki, qarşılaşma avqustun 8-i, şənbə günü keçiriləcək.

Matçın start fiti yerli vaxtla saat 19:00-da “Gelora Bunq Karno” stadionunda səslənəcək. Hər iki klub asiyalı azarkeşləri qarşısında güclərini sınamaq və yeni mövsümə hazırlıq səviyyəsini yoxlamaq imkanı qazanacaq.

Qeyd edək ki, “Çelsi” və “Milan” arasındakı bu qarşılaşma klubların yay turu proqramının əsas hissələrindən biri hesab olunur.

İdman.Biz