Tyaqo Motta “Atalanta”nın yeni baş məşqçisi ola bilər

30 Aprel 2026 15:25
104
Tyaqo Motta “Atalanta”nın yeni baş məşqçisi ola bilər

İtaliyanın “Atalanta” futbol klubunun rəhbərliyi komandanın son aylardakı nəticələrindən narazıdır. Turnirlərdən erkən çıxışlar, çempionatda qeyri-sabit oyun və uzun qələbəsizlik seriyası Raffael Palladino üzərində təzyiqi artırır.

İdman.Biz xəbər verir ki, hazırda klub üçün əsas namizədlərdən biri Tiaqo Mottadır.

Onun “Bolonya” ilə əldə etdiyi uğur məşqçi kimi əsas vizit kartı hesab olunur.

Qeyd edək ki, “Bolonya” 2023/24 mövsümündə İtaliya A Seriyasında yüksək pillələrdə qərarlaşaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.

İdman.Biz
Məqalədə: