“Arsenal” klubunun yarımmüdafiəçisi Deklan Rays UEFA Champions League yarımfinalında “Atletiko” Madrid ilə keçirilən (1:1) matçda təyin olunub sonradan ləğv edilən penalti epizodunu şərh edib.
Görüşün 78-ci dəqiqəsində baş hakim Dani Makkali David Hanko ilə "topçular"ın futbolçusu Eberek Eze arasında toqquşmadan sonra 11 metrlik cərimə zərbəsi təyin etsə də, VAR müdaxiləsindən sonra qərarını dəyişib.
“İki cərimə meydançasında da çox diqqətli olmaq lazımdır, çünki onlar hər şeyə görə penalti verirlər. Bu, açıq penalti idi. Niyə bizə verilmədiyini bilmirəm. Düşünürəm ki, azarkeşlər qərara təsir göstərdi və hakimi fikrini dəyişməyə məcbur etdi. İngiltərə Premyer Liqasında belə qərar qəbul olunmazdı", – deyə “Arsenal”ın futbolçusu bildirib.
