“Bəzi komandalarda yerli oyunçular çox şans qazanmır”.
Bunu “Kəpəz”in yarımmüdafiəçisi Fərid Nəbiyev futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Növbəti turda “Sumqayıt”ı qəbul edəcəksiniz. Tilsimi qırmaq, bu oyundan xal və ya xallarla ayrılmaq mümkün olacaq?
– İnşallah, bu görüşdə əlimizdən gələnin ən yaxşısını edib məqsədimizə çatacağıq. Qələbə qazanmaq istəyirik. Meydana 3 xal üçün çıxacağıq.
– Əksəriyyət bu mövsüm çempionatın səviyyəsinin, liqadakı rəqabətin artdığı qənaətindədir. Bu fikirlə razısınız? Necə düşünürsünüz, bunda legioner limitinin ləğvi əsas rol oynadı?
– Bəzi komandalarda yerli oyunçular çox şans qazanmır. Amma bizdə fərqli vəziyyətdir. “Kəpəz”də yerli futbolçulara yetərincə şans verilir. Az da olsa, liqada fərq hiss olunur.
– “Kəpəz”lə müqavilənizin müddəti cari mövsümün sonuna qədərdir. Sizə yeni sözləşmə təklif olunub? Başqa klublardan da təklifləriniz varmı?
– Hələ ki rəhbərliklə bu haqda heç nə danışmamışıq. Öncə komandanı liqada saxlayaq, sonra hər iki tərəf üçün nə xeyirlidirsə, onu da edərik.
