Kriştianu Ronaldu Səudiyyə liqasını tənqid etdi: “Bu artıq futbol deyil”

30 Aprel 2026 10:45
182
Kriştianu Ronaldu Səudiyyə liqasını tənqid etdi: “Bu artıq futbol deyil”

"Əl-Nasr" klubunun hücumçusu Kriştianu Ronaldu "Əl-Əhli" üzərində 2:0 hesablı qələbədən sonra Səudiyyə Ərəbistanı liqasının təşkilini və bəzi futbolçuların çempionatla bağlı mənfi şərhlərini tənqid edib.

İdman.Biz xəbər verir ki, ulduz futbolçunun açıqlamnasını "Record" nəşri dərc edib.

"Bu, liqa üçün faydalı olmayacaq. Hamı şikayət edir. Hamı etməli olduğundan artıqını edir. Bu, futboldu, müharibə deyil. Biz bilirik ki, hamı mübarizə aparmalı və qalib gəlmək istəyir, amma hər şeyə icazə verilmir.

Mən mövsümün sonunda danışacağam, çünki çoxlu mənfi hallar görürəm. Bir çox oyunçu hakimlərdən, liqadan, layihədən şikayətlər paylaşır... Düşünürəm ki, bu, düzgün deyil və liqanın məqsədlərinə uyğun gəlmir. Əgər dünyanın ən yaxşı liqalarından biri olmaq üçün Avropa ilə rəqabət aparmaq istəyiriksə, təkcə burada yox, orada da nümunə olmalıyıq. Hesab edirəm ki, buna son qoymalı, vəziyyəti təhlil etməli və Səudiyyə liqası ilə danışmalıyıq, çünki mənim üçün bu artıq futbol deyil", - deyə Ronaldu bildirib.

İdman.Biz