Millinin baş məşqçisi istefaya göndərilib

Xəbərlər
6 Yanvar 2024 11:52
142
Millinin baş məşqçisi istefaya göndərilib

Braziliya millisinin baş məşqçisi Fernando Dinis istefaya göndərilib.

İdman.biz xəbər verir ki, bu barədə qərarı Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges verib.

O, mütəxəssisin yığma ilə paralel çalışdığı "Fluminense"nin prezidenti Mario Bittenkura zəng vuraraq qərarını açıqlayıb. Milli Dinisin rəhbərliyi altında DÇ-2026-nın seçmə mərhələsində 6 oyun keçirib. 2 qələbəsi olan komanda 1 heç-heçə edib və 3 dəfə uduzub.

Qeyd edək ki, yığmaya 1 illik gətirilən Dinis 2024-cü ilin iyununa qədər postunda qalmalı idi. Milli komandada onu "San-Paulu"nu çalışdıran Dorival Juniorun əvəz edəcəyi gözlənilir.

İdman.biz

Məqalədə: