İngiltərənin “Liverpul” futbol komandasının mərkəz müdafiəçisi İbrahima Konate ilə yeni müqavilə imzalamağa hazırlaşdığı məlum oldu. Tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam etsə də, müqavilənin bəzi detalları ətrafında müzakirələr hələ də yekunlaşmayıb.
İdman.Biz “DaveOCKOP” portalına istinadla xəbər verir ki, yeni razılaşmada Fransanın PSJ futbol komandasının cəlbedici təkliflərinə qarşı xüsusi bəndin yer alması nəzərdə tutulur. Müzakirə edilən maddəyə əsasən, Paris təmsilçisi təxminən 60 milyon funt sterlinq (təxminən 130 milyon AZN) ödəməklə futbolçunu transfer etmək hüququ qazana bilər.
Hazırda müqavilənin strukturu və maliyyə şərtləri üzərində son tamamlanma işləri aparılır. Hələlik rəsmi imza atılmasa da, danışıqların yaxın vaxtda uğurla başa çatacağı gözlənilir.
Qeyd edək ki, Konate bu mövsüm “Liverpul”un uğurlarında mühüm rol oynayıb. Fransalı ulduz bütün turnirlər daxil olmaqla 46 oyunda meydana çıxıb və iki qolla yadda qalıb.
