Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin “Kolambus Kryu” komandasının heyətində ilk dəfə start heyətində meydana çıxıb.
İdman.Biz xəbər verir ki, o, ABŞ Açıq Kubokunun 1/32 finalında “Riçmond Kikers” klubuna qarşı matçda əvəzlənmədən meydanda olub.
21 yaşlı hücumçunun komandası 3:0 hesablı qələbə qazanıb. Nəriman Axundzadə ilk qolun vurulmasında önəmli rol oynayıb.
Belə ki, Axundzadə - Marselo Errera ikilisinin qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.
Qeyd edək ki, ABŞ Açıq Kubokunda mərhələlər bir oyundan ibarət olur.
