Musiala Çempionlar Liqasında tarix yazdı

16 Aprel 2026 10:45
182
Musiala Çempionlar Liqasında tarix yazdı

Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Camal Musiala Çempionlar Liqasının tarixinə düşüb.

İdman.Biz xəbər verir ki, futbolçu 23 yaş 48 günündə Avropanın ən nüfuzlu klub turnirində 50-ci oyununu keçirib.

Beləliklə, Musiala bu həddə çatan ən gənc alman futbolçu olub və 2013-cü ildə Tomas Müller tərəfindən müəyyənləşdirilən əvvəlki rekordu geridə qoyub.

Yubiley matçı 1/4 final mərhələsinin cavab görüşünə təsadüf edib. Həmin oyunda “Bavariya” “Real” üzərində 4:3 hesablı qələbə qazanaraq turnirin yarımfinalına yüksəlib.

2025/2026 mövsümünün Çempionlar Liqasının finalı mayın 30-da Budapeştdəki “Puşkaş Arena” stadionunda keçiriləcək. Turnirin hazırkı qalibi PSJ-dir.

İdman.Biz
Məqalədə: