“Real Madrid” Arbeloanı əvəz edəcək dörd namizədi nəzərdən keçirir

16 Aprel 2026 09:22
144
“Real Madrid” Arbeloanı əvəz edəcək dörd namizədi nəzərdən keçirir

İspaniyanın nüfuzlu “The Athletic” nəşri “Real Madrid”in “Bavariya”ya məğlub olaraq Çempionlar Liqasından kənarlaşmasından sonra məqalə dərc edib və Madrid klubunun rəhbərliyinin baş məşqçi Alvaro Arbeloaya əvəz kimi nəzərdən keçirdiyi dörd namizədin adını açıqlayıb.

İdman.Biz nəşrin yazdığına istinadən xəbər verir ki, “Real Madrid” rəhbərliyi bir müddətdir Yurqen Klopp, Zinəddin Zidan, Didye Deşam və Maurisio Poçettinonun namizədliklərini dəyərləndirir.

Məqalədə xüsusi vurğulanır ki, Klopp “Kral klubu”nun bütün rəhbərliyi arasında böyük hörmətə malikdir. Lakin alman mütəxəssisin “Red Bull” sistemində işləməyə davam etmək istəyi səbəbindən bu keçidin baş tutma ehtimalı azdır.

İdman.Biz