Londonun “Arsenal” klubu UEFA Çempionlar Liqasının dörddəbir finalının ikinci oyununda "Sportinq” ilə 0:0 hesablı heç-heçə edib və əvvəlki oyunda Lissabon komandasını 1:0 hesabı ilə məğlub etdiyinə görə yarımfinala yüksəlib.
İdman.Biz xəbər verir ki, “topçular” cari Çempionlar Liqasında keçirdikləri 12 oyunda məğlub olmayıblar.
Əsas mərhələdə Mikel Artetanın komandası “Atletik Bilbao” (2:0), “Olimpiakos” (2:0), “Atletiko Madrid” (4:0), “Slaviya” (3:0), “Bavariya” (3:1), “Brügge” (3:0), “İnter” (3:1) və “Kayrat” (3:2) komandalarını məğlub edbi. 1/8 finalda “topçular” “Bayer”i (1:1, 2:0) məğlub ediblər, daha sonra isə “Sportinq”ə qlib gəliblər.
“Arsenal” yarımfinalda yenidən “Atletiko” ilə qarşılaşacaq.
