“Arsenal” ardıcıl ikinci mövsüm Çempionlar Liqasının yarımfinalına yüksəlib

16 Aprel 2026 01:33
172
“Arsenal” ardıcıl ikinci mövsüm Çempionlar Liqasının yarımfinalına yüksəlib

Londonun “Arsenal” komandası UEFA Çempionlar Liqasının dörddəbir finalında “Sportinq”i ümumi hesabda (1:0, 0:0) məğlub edib.

İdman.Biz bildiri ki, “topçular” ardıcıl ikinci mövsüm Avropanın əsas klub turnirinin yarımfinalına yüksəliblər.

Əvvəlki Çempionlar Liqası mövsümündə Mikel Artetanın komandası eyni mərhələdə “Real Madrid”i (3:0, 2:1) məğlub etmişdi, lakin yarımfinalda “Pari Sen-Jermen”ə (0:1, 1:2) məğlub olmuşdu.

“Arsenal” hazırkı UEFA Çempionlar Liqasının yarımfinalında “Atletiko Madrid”lə qarşılaşacaq.

İdman.Biz