Gülər “Real Madrid”in Çempionlar Liqasında ən erkən qolunu vurub

16 Aprel 2026 01:08
178
Gülər “Real Madrid”in Çempionlar Liqasında ən erkən qolunu vurub

“Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər “Los Blancos”un Çempionlar Liqasının ən erkən qolunu vurub.

İdman.Biz bildirir ki, bu, Çempionlar Liqasının dörddəbir finalının “Bavariya”ya qarşı ikinci oyununda baş verib. Matç 4:3 hesabı ilə Münhen təmsilçisinin xeyrinə başa çatıb.

Gülər, münhenlilərin qapıçısı Manuel Noyerin səhvindən sonra oyunun 35-ci saniyəsində qol vurub. Gülər, 2016-cı ilin noyabr ayında “Legiya Varşava”ya qarşı 57-ci saniyədə qol vuran keçmiş “Real Madrid” oyunçusu Qaret Beylin rekordunu yeniləyib.

İdman.Biz