“Bavariya”nın baş məşqçisi Vensan Kompani diskvalifikasiya səbəbindən PSJ ilə 2025/2026 mövsümünün Çempionlar Liqasının yarımfinalının ilk oyununu buraxacaq.
İdman.Biz bildirir ki, Almaniya komandasının məşqçisi Çempionlar Liqasının 1/4 finalının “Real Madrid”ə qarşı cavab oyununda (4:3) sarı vərəqə alıb.
“Bavariya” və PSJ arasında ilk oyun aprelin 28-də, cavab qarşılaşması isə mayın 6-da olacaq.
