“Real Madrid” ardıcıl ikinci mövsüm Çempionlar Liqasının yarımfinalına çıxa bilmir.
İdman.Biz xəbər verir ki, Madrid klubu turnirin dörddəbir finalında “Bavariya”ya məğlub olub.
Almaniya komandası ilk oyunda 2:1, cavab oyununda isə 4:3 hesabı ilə qalib gəlib.
Ötən mövsüm Madrid klubu eyni mərhələdə Londonun “Arsenal”ına məğlub olmuşdu (0:3, 2:1).
