Arne Slot: “Biz qalib gəlməli idik”

15 Aprel 2026 02:40
198
Arne Slot: “Biz qalib gəlməli idik”

“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab oyunu barədə fikirlərini bölüşüb.

İdman.Biz bildirir ki, oyun 2:0 hesabı ilə PSJ-nin xeyrinə qurtarıb.

“Düşünürəm ki, keçən həftə layiq olduğumuzdan daha çox şey qazandıq, cəmi 2:0 hesabı ilə uduzduq. Bu gün isə layiq olduğumuzdan daha az şey qazandıq. Düşünürəm ki, bu gecə qalib gəlməli idik”, - deyə Slot bildirib.

PSJ ilk oyunda “Liverpul”u 2:0 hesabı ilə məğlub etdi. Beləliklə, Fransa nəhəngi mersisaydlıları ümumi hesabda 4:0 hesabı ilə məğlub etdi və Çempionlar Liqasının yarımfinalına vəsiqə qazandı. Onlar burada “Real Madrid” – “Bavariya” cütünün qalibi ilə qarşılaşacaqlar.

İdman.Biz