Flik “Barselona”nın Çempionlar Liqasındakı uğursuzluğundan danışıb

15 Aprel 2026 02:05
244
Flik “Barselona”nın Çempionlar Liqasındakı uğursuzluğundan danışıb

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın Çempionlar Liqasının dörddəbir final mərhələsindəki çıxışını şərh edib.

İdman.Biz xəbər verir ki, “blauqrana” iki oyunun nəticəsinə görə “Atletiko Madrid”ə 3:2 hesabı ilə uduzub.

“Məyusuq. Komanda on nəfərlə belə fantastik oynadı. Çox şanslı deyildik, amma bunu qəbul etməliyik.

Düşünürəm ki, ilk hissədə çoxlu şanslarımız oldu, amma qol buraxdıq. Bu, futboldur; daha yaxşı oynamalıyıq. Komanda əlimizdən gələni etdi, amma gücümüz çatmadı”, - Flik deyib.

Keçən mövsüm “Barselona” Çempionlar Liqasının yarımfinalına yüksəlmişdi.

İdman.Biz