Dieqo Simeonenin rəhbərliyi altında “Atletiko Madrid” “Barselona”nı Çempionlar Liqasından üç dəfə kənarlaşdırıb.
İdman.Biz xəbər verir ki, kataloniyalılar cari mövsümün dörddəbir finalında Madridə ümumi hesabla 2:3 (0:2, 2:1) məğlub olublar.
“Atletiko Madrid” həmçinin 2013/14 və 2015/16 mövsümlərində dörddəbir finalda “Barselona”nı məğlub edib.
Simeone 2011-ci ildən “Atletiko Madrid”ə rəhbərlik edir.
