Yamal “qol + ötürmə” sistemi üzrə 150 oyunda 100 xal toplayıb

15 Aprel 2026 01:35
169
Yamal “qol + ötürmə” sistemi üzrə 150 oyunda 100 xal toplayıb

“Barselona”nın hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasının dörddəbir finalının ikinci oyununda “Atletiko Madrid”in qapısına qol vurub və “blauqrana”nın heyətində 150 oyunda “qol + məhsuldar ötürmə” sistemi üzrə 100 xal toplayıb (48 qol və 52 məhsuldar ötürmə).

İdman.Biz bu barədə Transfermarkt-a istinadən məlumat verir.

“Atletiko” – “Barselona” matçı 2:1 hesabı ilə kataloniyalıların xeyrinə başa çatıb. Ümumi hesabda 3:2 qalib gələn Madrid klubu yarımfinala vəsiqə qazanıb.

İdman.Biz