“Barselona” 2015-ci ildən Çempionlar Liqasını qazana bilmiir

15 Aprel 2026 01:51
155
“Barselona” 2015-ci ildən Çempionlar Liqasını qazana bilmiir

“Barselona” 11 ildir Çempionlar Liqasını qazana bilmir.

İdman.Biz bildirir ki, Hansi Flikin komandası builki mövsümdə dörddəbir finaldan keçə bilməyib və “Atletiko Madrid”ə məğlub olub (0:2, 2:1).

Katalonlar sonuncu dəfə Çempionlar Liqasını 2015-ci ildə qazanıblar. O vaxtdan bəri finala belə çıxa bilməyiblər.

Onların həmin illər ərzində göstəriciləri belədir:

2016 - Dörddəbir final (Atletiko)
2017 - Dörddəbir final (Yuventus)
2018 - Dörddəbir final (Roma)
2019 - Yarımfinal (Liverpul)
2020 - Dörddəbir final (Bavariya)
2021 - 1/8 final (PSJ)
2022 - Avropa Liqası
2023 - Avropa Liqası
2024 - Dörddəbir final (PSJ)
2025 - Yarımfinal (İnter)
2026 - Dörddəbir final (Atletiko)

“Barselona” Çempionlar Liqasını və Avropa çempionları kubokunu beş dəfə qazanıb.

İdman.Biz