“Bavariya”nın baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində “Real Madrid”ə qarşı keçiriləcək cavab oyunu barədə danışıb.
İdman.Biz xəbər verir ki, Almaniya klubu ilk oyunda 2:1 hesabı ilə qalib gəlib.
“Hər kəsin oynamaq şansı olacaq. Biz oyuna hazırlaşırıq və onu səbirsizliklə gözləyirik. Qalib gəlmək və azarkeşlərimizin gözləntilərini doğrultmaq istəyirik. Əlbəttə ki, rəqiblərimizə hörmət edirik, amma komandamız bu oyuna qələbəyə inanaraq çıxmalıdır.
İlk oyunda daha çox qol vura bilərdik. “Real Madrid” ikinci hissədə daha yaxşı oynamağa başladı və həmin 45 dəqiqə onlara özünəinam verdi. Amma ilk hissədə özümüzü əla hiss etdik və düşünürəm ki, daha da yaxşı oynaya bilərik. “Santyaqo Bernabeu”dakı qələbə bizə özünəinam verir, amma indi evdə daha da inandırıcı oynaya biləcəyimizi sübut etməliyik”, - Kompani UEFA-nın rəsmi saytında bildirib.
