Enrike “Liverpul”la oyun barədə: “Hesab beş dəqiqə ərzində dəyişə bilər”

13 Aprel 2026 20:49
151
Enrike “Liverpul”la oyun barədə: “Hesab beş dəqiqə ərzində dəyişə bilər”

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının Çempionlar Liqasının 1/4 finalının ikinci oyununda “Liverpul”la qarşılaşacağı oyundan əvvəl danışıb.

İdman.Biz bildirir ki, oyun aprelin 14-də olacaq.

“Bu matç ilk oyundan çox fərqli olacaq. Çətin anlarla necə mübarizə aparmağı öyrənməli və nəticəni qorumaq üçün gəlməkdənsə, normal futbolumuzu oynamalıyıq.

Adətən matçın başlanğıcı çox vacibdir, amma müasir futbolda hesab beş dəqiqəyə dəyişə bilər. Yaxşı başlanğıc vacibdir, amma həlledici amil olmayacaq.

Evdə, azarkeşlərinizin qarşısında oynayanda daha asandır; daha güclüsünüz. Bu stadionda [Enfilddə] oynamağın nə qədər çətin olduğunu bilirik, amma bu, bizi motivasiya edir. Çətin matç olacaq, bunu sabah görəcəksiniz", - deyə RMC Sport Enrikedən sitat gətirir.

Paris klubu komandalar arasında ilk görüşdə 2:0 hesabı ilə qalib gəlib.

İdman.Biz