“Mançester Siti”nin yarımmüdafiəçisi və kapitanı Bernardo Silva portuqaliyalı futbolçular arasında İngiltərə Premyer Liqasında ən çox oyun keçirib.
İdman.Biz bildirir ki, İngiltərə Premyer Liqasının 32-ci turunda “Çelsi” üzərində 3:0 hesablı qələbə onun Premyer Liqada 297-ci oyunu olub.
İkinci yerdə Premyer Liqada “Arsenal”, “Sauthempton”, “Fulhem” və “Vest Hem Yunayted”də oynamış Luis Boa Morte (296) gəlir. İlk üçlüyü Böyük Britaniyada "Mançester Yunayted"də oynamış Kriştianu Ronaldu (236) tamamlayır.
Bernardo Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Bu müddət ərzində yarımmüdafiəçi bütün turnirlərdə 451 oyunda meydana çıxıb, 76 qol vurub və 77 məhsuldar ötürmə edib.
