Almaniyalı forvard Premyer Liqaya dönə bilər

Xəbərlər
3 Yanvar 2024 18:34
153
Almaniyalı forvard Premyer Liqaya dönə bilər

Almaniyalı hücumçu Timo Verner karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

İdman.biz xəbər verir ki, “Leyptsiq”un forvardı ilə “Mançester Yunayted” maraqlanır.

“Çelsi”dəki karyerası uğursuz alınan Verner yenidən “Dumanlı Albion”a dönməyə qarşı deyil. “Leyptsiq” 27 yaşlı futbolçunu icarə əsasında mövsümün sonunadək buraxmaq istədiyini açıqlayıb. 2023/23 mövsümündə Almaniya Bundesliqasının ilk hissəsində nadir hallarda meydana çıxan Timo oyun təcrübəsi toplamaq istəyindədir. O, Almaniyada təşkil olunacaq AVRO-2024-də ölkənin əsas komandasının heyətində yer almağı arzulayır.

Qeyd edək ki, Verner budesliqada 8 oyunda meydana çıxıb və iki qol vurub. Hücumçu Çempionlar Liqasında 4 görüşdə şans qazanıb.

İdman.biz