“Barselona” və “Real Madrid” “Bavariya”nın cinah oyunçusu Maykl Olisenin böyük azarkeşidirlər.
İdman.Biz-in “indykaila News”a istinadən xəbərinə görə, hər iki İspaniya nəhəngi bu yay fransız cinah oyunçusunun transferi uğrunda mübarizə apara bilər.
Daha əvvəl jurnalist Kristian Falk “Kral klubu”nun Olisenin transferi üçün 160-165 milyon avro ödəməyə hazır olduğunu bildirmişdi. Vurğulanmışdı ki, “Bavariya” 24 yaşlı cinah oyunçusunu hətta 200 milyon avroya belə satmaq niyyətində deyil.
Olise bu mövsüm bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 16 qol vurub və 29 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 140 milyon avrodur.
