“İnter” Lautaro Martinezin zədələndiyini açıqlayıb

10 Aprel 2026 20:26
174
“İnter” Lautaro Martinezin zədələndiyini açıqlayıb

“İnter”in mətbuat xidməti kapitan və hücumçu Lautaro Martinezin zədələndiyini açıqlayıb.

İdman.Biz bildirir ki, “İnter”in hücumçusu bu yaxınlarda təxminən bir ay yarım müddətində meydana çıxa bilməyən baldır zədəsindən sağalıb.

“Bu gün Lautaro Martinez Rozzanodakı Humanitas İnstitutunda tibbi və instrumental müayinələrdən keçdi. Müayinələr zamanı sol ayağında baldır əzələsində yüngül bir gərginlik aşkar edildi. Argentinalı hücumçunun vəziyyəti yaxın günlərdə yenidən qiymətləndiriləcək”, - Milan klubunun rəsmi saytında bildirilir.

Bu mövsüm Martinez klubun heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 20 qol vurub və dörd məhsuldar ötürmə edib. “İnter” hazırda 72 xalla Seriya A turnir cədvəlində birinci yerdədir.

İdman.Biz
Məqalədə: