Polşa millisinin baş məşqçisinin köməkçisi Yaçek Magera vəfat edib.
İdman.Biz bildirir ki, o, 49 yaşında idi.
“Polşa Futbol Assosiasiyası (PZPN) Polşa milli komandasının köməkçi məşqçisi Yaçek Mageranın vəfatını dərin kədər və təəssüf hissi ilə bildirir. PZPN Yaçekin ailəsinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Həmçinin, bu çox çətin dövrdə onun yaxınlarının şəxsi həyatına və dincliyinə hörmət etməyinizi xahiş edirik”, - PZPN X sosial media platformasında yazıb.
Sportowe Fakty-nin məlumatına görə, məşqçi səhər saat 7:00 radələrində Vrotslavda parkda qaçarkən halı pisləşib. O, huşunu itirib və xəstəxanaya aparılıb. Reanimasiya tədbirləri təxminən bir saat davam edib, lakin keçmiş “Legiya Varşava” müdafiəçisini xilas etmək mümkün olmayıb.
Magera 2025-ci ilin yayından Polşa millisində Yan Urbanın köməkçi məşqçisi vəzifəsində çalışıb. Daha əvvəl komanda 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyib və seçmə turnirin finalında İsveç millisinə uduzub (2:3).
